Deputat olmaq istəyən 261 nəfərin müraciəti təsdiqlənib - RƏSMİ 

16:22 15.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 431 nəfər müraciət edib.


Hafta.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.

O bildirib ki, onlardan 261 nəfərin müraciəti təsdiqlənib. Onların 213-nə imza vərəqələri verilib. 9 nəfər imza vərəqələrini dolduraraq geri qaytarıb.